Bayram ərəfəsində İsmayılbəyli kəndinə təbi qaz verildi
Martın 19-da Novruz bayramı ərəfəsində rayonun İsmayılbəyli kəndinə təbii qazın verilməsi münasibətilə təntənəli mərasim keçirilib. Mərasimi giriş sözü ilə İsmayılbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Eldar Əsədov açaraq kənddə 1517 nəfər əhalinin yaşadığını, 296 nəfər abonentin mənzilinə “mavi alov”un verildiyini, ərazidə birpilləli sistem əsasında 30800 paqonometr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkildiyini, 296 ədəd sayğac və fərdi tənzimləyici quraşdırıldığını bildirmişdir.
.
Sonra kənd ağsaqqalı Lətif Məmmədov, kənd sakini Nigar Əliyeva və başqaları çıxış edərək İsmayılbəyli kəndinə təbii qazın verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə kənd sakinləri adından minnətdarlıqlarını bildirmişlər.
Açılışda iştirak edən “Azəriqaz” İB-nin mətbuat şöbəsinin rəisi İbrahim Kərbəliyev çıxış edərək təbi qazın verilişi ilə əlaqədar sakinləri təbrik etdib, təbii qazdan xeyir işlərdə istifadə etmələrini arzulamışdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov uzun illərdir yanacaq sarıdan əziyyət çəkən kəndə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik etdi, təbii yanacağın bütün mənzillərə sevinc, hərarət gətirməsini arzuladı.
Sora rayon rəhbəri Müstəqim Məmmədov, “Azəriqaz” İB-nin mətbuat şöbəsinin rəisi İbrahim Kərbəliyev və kənd ağsaqqalı Lətif Məmmədov mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırdılar.
Sonda kəndin qazlaşdırılması işini həyata keçirən “Alıbəyli” MMC-nin bir qrup əməkdaşına Tərtər rayon İcra Hakimiyyətinin Fəxri Fərman və qiymətli hədiyələri verilmişdir.