Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Novruz şənliyi

18 mart 2015 | 16:00
Martın 18-də Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun mərkəzi meydanında Novruz bayramı qeyd olundu.

Şənlikdə 7 mindən çox rayon sakini iştirak etmişdir. Bayramsayağı bəzədilmiş meydanda məktəblilərin əl işləri, müxtəlif oyunlar, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarix-diyarşünaslıq muzeyinin eksponatları nümayiş etdirilmişdir. Meydanda tonqal yandırılmış, milli geyimdə olan atlıların, gənc idmançıların və kəndirbazın çıxışları maraqla qarşılanmışdır. Gül-çiçək, səməni və xonçalarla bəzədilmiş meydana Bahar qız faytonla daxil olmuş, Azərbaycanın bayrağını əllərində tutmuş gənclər at belində onu müşayət etmişlər. Bahar qızın gəlişi bayram tədbirini daha da  şənləndirmişdir.

Sonra rayonun icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri Novruz bayramı münasibəti ilə təbrik etmişdir. Rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edən idarə, müəssisə işçiləri rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunmuşlar.

Tədbirdə çıxış edən əməktər artis Gülüstan Əliyevanın və “Kür” ansamblının rəngarəng musiqi nömrələri   hər kəsin ürəyincə olmuşdur.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Sahib Alıyev də tərtərliləri Novruz bayramı münasibəti ilə təbrik etmişdir.

 

 

Keçidlər