Heydər Əliyev Mərkəzində növbəti nikah mərasimi
Yeni ailə quran gənclər öz doğmaları ilə birlikdə əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək, mərkəzdəki büstünün önünə gül-çiçək dəstələri qoymuşlar.
Mərasim iştirakçıları ölkəmizdə gənc ailələrə göstərilən dövlət qayğısından söhbət açmış, yeni ailə quran cütlüyə xoş arzularını bildirmişlər.
Sonra Mərkəzin geniş və yaraşıqlı foyesində nikah aktının imzalanması mərasimi olub. Çıxış edənlər bəylə gəlini həyatlarında baş verən bu əlamətdar və unudulmaz hadisə münasibətilə təbrik edib, onlara ailə səadəti arzulayıblar.
Bildirilib ki, Ulu Öndər həmişə ailəni dövlətin vacib elementi hesab edib və ona görə də bu sahəyə qayğı ilə yanaşıb. Ümummilli Liderin siyasi kursunu layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də gənc ailələrə daim böyük önəm verir və ölkəmizdə bu istiqamətdə mühüm layihələr həyata keçirilir.
Yeni ailə quranlar və onların doğmaları bu günün onların həyatında əlamətdar hadisə olduğunu və nikah mərasimini Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını vurğulayıb və dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda yeni ailə quran gənclərə rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.