Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı soyqırmı-qan yaddaşımızdır” inşa yazı müsabiqəsinə yekun vuruldu

18 fevral 2015 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti Təhsil şöbəsi, Gənclər və İdman idarəsi ilə birlikdə rayonun umumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı soyqırmı-qan yaddaşımızdır” mövzusunda inşa yazı müsabiqəsi keçirmişdir. Müsabiqənin  birinci mərhələsi məktəblərdə, yekun turu isə şəhər 2 saylı məktəb liseydə keçirilmişdir. Yekun turda 44 umumtəhsil məktəbindən 50 nəfər şagird iştirak etmişdir. İnşa yazısına 2 akademik saat vaxt ayrılmışdır.

Rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov, Gənclər və İdman idarəsinin rəisi İsmayıl İsmayılov, rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Rasim Bayramov məktəbliləri salamlamış, onlara Xocalı soyqırımı qurbanları haqqında məlumat vermişlər.

Bu gündə müsabiqənin nəticələri elan edilmişdir. Şəhər 2 saylı məktəb liseyin X sinif şagirdi Nərmin İbrahimlinin inşa yazısı I, Hacıqərvənd kənd tam orta məktəbin IX sinif şagirdi Məmmədli Sonanın yazısı II, şəhər 1 saylı tam orata məktəbin VII sinif şagirdi Maya Abdullazadənin inşası isə III yerə layiq görülmüşdür.

Müsabiqənin qaliblərinə rayon icra hakimiyyəti, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi tərəfindən Diplomlar və qiymətli hədiyyələr verilmişdir.
 

Keçidlər