Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral-Gənclər günü ilə bağlı silsilə tədbirlərə yekun vuruldu: Heydər Əliyev Mərkəzində başlanan tədbir Gənclər Mərkəzində sona yetdi

03 fevral 2015 | 16:00

2 fevral-Gənclər Günü münasibəti ilə tərtərli gənclər Heydər Əliyev Mərkəzində tədbir keçirmişlər. Əvvəlcə gənclər Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuş, sonra “Dəyirmi masa” ətrafına toplanmışlar.

Rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov gəncləri bayram münasibəti ilə təbrik etmiş, sonra Gənclər gününün yaranma tarixindən, Ulu Öndərin hakimiyyəti dövründə gənclərə göstərilən diqqət və qayğıdan, onun siyasi kursunun layiqli davamçısı respublika prezidenti cənab İlham Əliyevin 26 yanvar 2014-cü il tarixdə imzaladığı “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası” haqqında Sərəncamdan bəhs etmişdir. O, resdpublika Prezidenti cənab İlham Əliyevin Gənclər Mərkəzinin açılışında region gəncləri ilə görüşünü yada salmışdır. Elvin Umudov çıxışını respublika prezidentinin bu sözləri ilə tamamlamışdır:

- Gənclər cəmiyyətimizin fəal üzvləridir. Mən çox şadam ki, gənclərimiz Vətənə bağlıdırlar, Vətəni sevirlər, vətənpərvərdirlər, biliklidirlər, peşəkardırlar və biz bu müsbət meylləri gücləndirməliyik.

“Dəyirmi masa” ətrafında söhbətdə Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rəşad Ələkbərov, 7 illik şəhər musiqi məktəbinin direktoru Emin Haqverdiyev, şəhər 6 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Zülfiyyə Abdullayeva, rayon təhsil şöbəsində metodkabinetin müdiri İntiqam Nuriyev də iştirak etmişlər.

Heydər Əliyev Mərkəzində başlayan tədbir Gənclər Mərkəzində davam etdirilmişdir. Gənclər kafedə olmuş, tir atmış, 3 D kinozalında filimə baxmışlar.

Tədbirin sonunda xatirə şəkli çəkilmişdir.
 

 

Keçidlər