Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyəti 2 fevral Gənclər Günü münasibəti ilə N saylı hərbi hissədə olmuşdur

01 fevral 2015 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun  Mədəniyyət və Turizm şöbəsi Gənclər və İdman İdarəsi ilə birgə 2 fevral Gənclər Günü münasibətilə  rayon ərazisində yerləşən N saylı hərbi hissədə bayram şənliyi təşkil etmişdir.

Tədbirlərdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov hərbi hissənin şəxsi heyyətini əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun adından salamlamış və onları 2 fevral Gənclər Günü münasibəti ilə təbrik etmişdir. O, müasir milli ordumuzu çağdaş Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şah əsərlərindən biri adlandırmışdır. Rayon İcra Hakimiyyəti başçısının müavini vurğuladı ki, Ulu Öndər keçmiş SSRİ dövründə Azərbaycana rəhbərliyi zamanı ölkəmizin ordu quruculuğu işində yaxından iştirakını təmin etmiş və həmin dövrdə formalaşan peşəkar kadrlar müstəqil Azərbaycanın milli ordusunun yaranmasıda möhkəm baza rolunu oynamışdır. Günbəgün güclənməkdə olan Azərbaycan ordusunun həm havadan, həm dənizdən, həm də qurudan cənab Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə böyük əzmlə Azərbaycan dövlətinin keşiyini çəkdiyini qeyd edən Elvin Umudov vətənin, dövlətin keşiyini çəkməyin nə qədər çətin və gərgin olsa da, əzmkarlıq tələb etsə də, eyni zamanda müqəddəs missiya kimi səciyyələndirdi.

Çıxışının sonunda E.Umudov hərbi hissənin şəxsi heyyətini bir daha təbrik etmiş və bildirmişdir ki, Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib.

Tədbirlərdə rayon mədəniyyət evinin “Tərtər” xalq kollektivi rəngarəng konsert proqramları ilə çıxış etmişlər. Bayram şənliklərinə qoşulan əsgərlər öz fəaliyyət kollektivinin üzvləri ilə birlikdə mahnılar oxumuş, rəqs etmiş, öz bacarıqlarını nümayiş etdirmişlər.

Sonda rayon icra hakimiyyəti tərəfində aparılan bayram sovqatı N saylı hərbi hissənin əsgərlərinə paylanmışdır.

Keçidlər