I Avropa oyunları çərçivəsində: Təşviqat qrupu Tərtərdə
08 dekabr 2012-ci il tarixdə Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir. Avropa tarixində ilk dəfə təşkil olunan bu oyunların məhz Azərbaycana həvalə edilməsi Beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən yüksək qiymətin təzahürüdür.
Avropa oyunlarının keçirilməsi ilə bağlı bütün məsələlərin həlli təşkilat komitəsinə tapşırılmışdır.
Təşkilat komitəsinin təşviqat qrupunun üzvləri regionlara səfəri çərçivəsində rayonumuzda da olmuş, Gənclər Mərkəzində gənclərlə görüş keçirmişlər. Qrupun rəhbəri Zaur Musayev gənclərə Bakıda keçiriləcək I Avropa idman oyunları barədə məlumat vermiş, onlara hədiyyələr paylamışdır.
Gənclər təşviqat qrupunun üzvlərini böyük coşqu hissi ilə qarşılamışlar.