Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərli gənclər hərbi xidmətə yola düşmüşlər

16 yanvar 2015 | 16:00

Çağrışçı gənclərin təntənəli surətdə hərbi xidmətə yola salınması cəbhə bölgəsi olan Tərtərdə artıq ənənə halını alıbdır.

Bu günlərdə də respublika prezidentinin müvafiq Sərəncamına uyğun olaraq hərbi xidmətə çağırış yaşı çatan bir qrup gənc ordu sıralarına yola salınıb.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, sonra Heydər Əliyev Mərkəzində umumilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar. Sonra təntənəli mərasim Bayraq Meydanında davam etdirilmişdir.

Gəncləri yola salmağa gələn valdeyinlər və onların doğmaları da tədbirə qatılmlşlar. Əvvəlcə tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rafiq Qədirov açaraq gəncləri təbrik etmiş, onlara hərbi nizamnamə haqqında məlumat vermişdir.

Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çağırışçı gəncləri təbrik etmiş, onlara ordu sıralarında şərəfli xidmət arzulamışdır. Rayon rəhbəri Azərbaycanın Umummilli lideri Heydər Əliyev tərəfindən Milli Ordunun əsasının qoyulduğundan, ayrı-ayrı hərbi hissələrin, qoşun növlərinin formalaşdırılmasından, orduda fərariliklə bağlı problemlərin həll olunduğundan ətraflı danışmışdır. O, qeyd etmişdir ki, əsası Azərbaycanın Umummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu bu gün onun siyasi kursunun layiqli davamçısı respublika prezidenti möhtərəm İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz buna görə də hər il hərbi xərclər üçün dövlət büdcəsindən ayrılan vəsaitlər artırılır.

Sonra rayon rəhbəri rayonumuzun ön cəbhədə yerləşdiyini, tərtərlilərin Qarabağ döyüşlərindəki sücaətəni ön plana çəkmiş, Tərtərin Milli Qəhramanları Vəzir Orucovdan, Elman Hüseynovdan, Azərbaycan Bayrağı ordenli Ədalət Paşayevin igidliklərindən danışmış, onların tərtərli gənclərə bir örnək olduğunu bildirmiş, vaxtıilə Tərtərdə yerləşən hərbi hissədə qulluq etmiş Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimovun və onu döyüş dostu Fərid Məmmədovun adını çəkmişdir.

Sonda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir daha gəncləri təbrik etmiş, onların hər birinin arxasında Azərbaycan adlı məmləkətin durduğunu vurğulamış, bildirmişdir ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, xidmətinizdən aslıdır.

Tədbirdə iştirak edən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin rayon  şöbəsinin sədri Nizami Heydərov, valdeyinlərdən Zabil Məmmədov, öz dostunu yola salmağa gəlmiş məzuniyyətdə olan əsgər Emil Mustafayev, çağırışçı gənclərdən Sərvər Məmmədov öz ürək sözlərini bildirmişlər.

Sonda rayon mədəniyyət evinin özfəaliyyət kollektivi maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Azərbaycan Bayrağını öpən gənclər yüksək əhval-ruhiyə ilə hərbi xidmətə yola düşmüşlər.

Keçidlər