27 sentyabr Anım gününün beşinci ildönümü ilə əlaqədar rayon ərazisində şəhid məzarlarının və abidələrinin, baralyeflərin, şəkil lövhələrinin ətrafında təmizlik işlərinə başlanılıb
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Anım günü kimi qeyd olunur.
27 sentyabr Anım gününün beşinci ildönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin, İƏD üzrə nümayəndəliklərin əməkdaşları və könüllülər tərəfindən rayon ərazisində yerləşən Şəhidlər Abidə Kompleksində, şəhid məzarlarının və abidələrinin, baralyeflərin, şəkil lövhələrinin ətrafında təmizlik və abadlıq işlərinə başlanılıb.
Xalqımız öz igid oğullarını unutmur, həmişə onların xatirəsini əziz tutur.






