Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr Anım günü ərəfəsində rayon ərazisində yerləşən şəhidlərin xatirəsinə ucaldılmış abidə və bulaqların ətrafında təmizlik işləri aparılıb

24 sentyabr 2022 | 12:31

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Anım günü kimi qeyd olunur.

27 sentyabr Anım günü ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, Gənclər və İdman İdarəsinin, Olimpiya İdman Kompleksinin əməkdaşları, N saylı hərbi hissənin əsgərləri və könüllülər şəhər ərazisində yerləşən Şəhidlər Abidə Kompleksində, Milli Qəhramanlar Vəzir Orucovun, Elman Hüseynovun abidəsinin, şəhidlərin adına inşa edilmiş bulaqların, xatirə lövhələrinin ətrafında təmizlik və abadlıq işləri aparıblar.

Xalqımız öz igid oğullarını unutmur, həmişə onların xatirəsini əziz tutur, “Şəhidlər ölməz, Vətən bölünməz”, deyir.

Keçidlər