Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Yeni il şənlikləri davam edir

31 dekabr 2014 | 16:00

Tərtər rayonun mərkəzi meydanında məktəblilər və körpələr evi-uşaq bağçalarının kollektivləri üçün rəngarəng və əyləncəli Yeni il şənlikləri davam edir.

Mərkəzi meydanda rayon mədəniyyət evinin “Tərtər” xalq kollektivinin və uşaq musiqi məktəbinin “Tər çiçəklər” ansamblının  hazırladığı bayram tədbirində rayonun məktəbliləri və körpələr evi-uşaq bağçalarının kollektivləri iştirak etmişlər.

Tədbirdə çıxış edənlər uşaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik etmiş, onlara cansağlığı və xoşbəxtlik arzulamışlar.

Bayram tədbirində Şaxta baba və Qar qız uşaqları şənləndirmiş, onlarla birlikdə rəqs etmişlər. Mədəniyyət işçilərinin rəngarəng çıxışları, ifa olunan şən mahnılar, rəqslər və əyləncəli oyunlar şənlik iştirakçılarında xoş ovqat yaratmışdır.

Sonda uşaqlara bayram hədiyyələri verilmişdir.

Rayonda Yeni il şənlikləri bir neçə gün davam edəcəkdir.
 

Keçidlər