Təmas xəttində yerləşən Borsunlu kəndində yeni subartezian quyusu istifadəyə verildi
Dünya Azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində təmas xəttində yerləşən, uzun illərdir içməli su sarıdan əziyyət çəkən Borsunlu kəndində əhalinin içməli suya olan təlabatını ödəmək üçün yeni subartezian quyusunun açılışı olmuşdur.
Açılış mərasimində iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxış edərək ilk öncə tədbir iştirakçılarını salamlamış və onları Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik etmişdir. Bildirmişdir ki, Dövlət başçısının diqqəti və qayğısının nəticəsində bayram ərəfəsində əhalinin içməli suya olan təlabatının ödənilməsi üçün iki subartezian quyusunun açılışı olmuşdur. Birinci subartezian quyusu şəhərin S.Vurğun, R.Kərimov küçələrinin sakinlərinə xidmət göstərəcəkdir.
Bu gün isə rayonun Borsunlu kəndinin sakinlərinin içməli suya olan təlabatının ödənilməsində mühüm əhəmiyyət kəsb edən subartezianın açılışına toplaşmışıq. Biz inanırıq ki, yaxın gələcəkdə Dövlət rəhbərinin səyi nəticəsində rayonun digər kəndlərində də belə subartezian quyuları qazılacaq, onların sayı artıracaq.
Rayon icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə cəbhə bölgəsində yaşayan insanlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirmişdir.
Rayon rəhbəri əlavə olaraq onu da qeyd etmişdir ki, növbəti ilədə Borsunlu kəndində yeni subartezian quyusunun qazılması nəzərdə tutulub.
Açılış mərasimində çıxış edən Borsunlu kənd sakinləri İlham Məmmədov, Vaqif Qədimov içməli suya olan təlabatlarının ödənilməsini böyük sevinclə qarşılamış, uzun illərdir içməli su sarıdan əziyyət çəkən kənd sakinləri adından içməli su probleminin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər .
Açılışlarda “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktorunun birinci müavini Vəli Həsənov da iştirak etmişdir.