Yeni subartezian quyusu istifadəyə verildi
Yeni il ərəfəsində Tərtər şəhərinin S.Vurğun küçəsində əhalinin içməli suya olan təlabatını ödəmək üçün yeni istifadəyə verilmiş subartezian quyusunun açılışı olmuşdur.
Açılış mərasimində iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxış edərək ilk öncə tədbir iştirakçılarını salamlamış və onları Yeni il bayramı, Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik etmişdir. Bildirmişdir ki, Dövlət başçısının diqqəti və qayğısının nəticəsində regionlarda o cümlədən Tərtər rayonunda da əhalinin içməli suya olan tələbatlarının aradan qaldırılması üçün çox böyük işlər görülür. Onlardan biri də bu gün açılışını etdiyimiz yeni subartezian quyusudur. Bu subartezian quyusu şəhərin S.Vurğun, R.Kərimov küçələrinin 500 nəfərə yaxın sakininin içməli suya olan təlabatının ödənilməsində mühüm əhəmiyyət kəsb edəcəkdir. Biz inanırıq ki, yaxın gələcəkdə Dövlət rəhbərinin səyi nəticəsində rayonun digər yaşayış məntəqələrində də belə subartezian quyuları qazılacaq, onların sayı artırılacaq.
Rayon icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə cəbhə bölgəsində yaşayan insanlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirmişdir.
Açılış mərasimində çıxış edən S.Vurğun küçəsinin sakinləri Zöhrə Məmmədova, Qəhrəman Məmmədov sakinlərin içməli suya olan təlabatlarının ödənilməsini böyük sevinclə qarşılamış, içməli su probleminin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər .
Açılışda “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktorunun birinci müavini Vəli Həsənov da iştirak etmişdir.