İlk dəfə səs verəcək gənclər bir yerə toplandı
Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi.
Əvvəlcə rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun adından gəncləri salamladı. Sonra gənclərin ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığını bildirərək, onları bələdiyyə seçkilərində fəal olmağa səslədi. E.Umudov bildirdi ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində 600 nəfər gənc ilk dəfə olaraq səs verəcəklər.
Sonra YAP rayon təşkilatının aparatının rəhbəri Kamil Məmmədov bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat işlərindən, seçkilərdə gənclərin fəallığının təmin olunmasında danışdı.
Sonra rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rəşad Ələkbərov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, ilk dəfə səs verəcək gənclərdən Qumru Rəfiyeva və Bəsti Cəfərova çıxış edərək
gənc seçiciləri dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində fəal iştirak etməyə səslədilər.