Ulu Öndərin irsini məktəblilər həvəslə öyrənirlər
Umummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi məqsədilə Heydər Əliyev Mərkəzində XI sinif şagirdlərinin məşğələləri davam etdir.
Dərslərə Tərtər rayonu üzrə 710 nəfər, Kəlbəcər rayonu üzrə 45 nəfər XI sinif şagirdi cəlb edilmişdir. Dərsləri rayonun ən təcrübəli müəllimləri tədris edir. Bu günədək dərslərdə 26 tam orta məktəbdən 512 nəfər şagird iştirak etmişdir.
Ulu Öndərin anım günündə isə Mərkəzdə rayonun Hacıqərvənd kənd tam orta və Kəlbəcər rayonunun 64 saylı tam orta məktəblərinin XI sinif şagirdləri iştirak etmişlər. Onlar əvvəlcə Ulu Öndərin büstü önünə gül-çiçək dəstələri qoymuş, Mərkəzdə Umummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponat və fotostentlərə baxmış, elektron kitabxanada, komputer otağında olmuş, sonra dərs otağına keçmişlər. Mühazirəçi müəllim Bəxtiyar Səmədov 12 dekabr-Ulu Öndərin anım günü ilə bağlı şagirdlərə məlumat vermiş, şagirdlər Azərbaycan xalqının böyük oğlu, korifey şəxsiyyətin xatirəsini bir dəqiqəlik sukutla yad etmişlər.
12 dekabr günü I dərs “Ulu Öndərin təşəbbüsü ilə 1999-cu ildə təhsil islahatlarının başlanması”, II dərs isə “Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və gərgin zəhməti sayəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması” mövzusuna həsr olunmuşdur. Onbirincilər dərslərdə fəallıq göstərmişlər.
Dərsin sonunda şagirdlər Umummilli liderin həyat və fəaliyyətindən bəhs edən filmə baxmışlar.
12 dekabr-Ulu Öndərin anım günündə onun siyasi irsinin öyrənilməsinə həsr olunmuş dərslər daha fərqli və yaddaqalan olmuşdur.