Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun–Narkomaniya və narkobiznesə qarşı Beynəlxalq Mübarizə gününə həsr olunmuş tədbir keçirilib

25 iyun 2025 | 15:58

Tərtər Rayon İcra Hakimiyyətinin və  YAP  rayon təşkilatının təşkilatçılığı ilə  YAP rayon təşkilatının inzibati  binasında 26 iyun–Narkomaniya və narkobiznesə qarşı Beynəlxalq Mübarizə gününə həsr olunmuş  tədbir keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, YAP rayon təşkilatının sədr müavini Azər Ağayev, Polis şöbəsinin əməkdaşları, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, təhsil və səhiyyə işçiləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban verən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov acaraq, bildirib ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və Narkobiznesə Qarşı Ümumdünya Mübarizə Günü” kimi qeyd olunur. 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulubdur. Sonra o, respublikada həyata keçirilən narkomaniyaya qarşı mübarizə tədbirlərindən, görülən işlərdən, qəbil olunmuş Qanunlardan, Sərəncamlardan, Dövlət Komissiyasının bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən, ölkə rəhbəri cənab İlham Əliyevin bu istiqamətində həyata keçirdiyi islahatlardan danışıb, çıxışında müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun doğurduğu fəsadlar, törətdiyi faciələr barədə geniş  məlumat verib,yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi üçün  ölkədə həyata keçirilən islahatlardan söz açıb. 

Tədbirdə həmçinin YAP rayon təşkilatının sədr müavini Azər Ağayev, rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis leytenantı Sirac Əlizadə, Qarabağ Regional Gənclər İdarəsinin Gənclərlə iş sektorunun müdiri Orxan Fəxrəddinov, rayon Mərkəzi xəstəxanasının psixoloqu Hatəm Nuruzadə, Həsənqaya kənd İƏD üzrə nümayə İlqar Qasımov çıxış ediblər. Çıxışçılar narkomanlığın cəmiyyətə vurduğu yaralardan söhbət açıb, yeniyetmə-gənclərə sağlam həyat tərzinin alternativsiz həyat tərzi olduğunu çatdırıb və xüsusilə də onlara asudə vaxtlarının səmərəli keçirmələri üçün dəyərli tövsiyyələrini veriblər.

Keçidlər