26 iyun–Narkomaniya və narkobiznesə qarşı Beynəlxalq Mübarizə gününə həsr olunmuş “dəyirmi masa” keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında 26 iyun–Narkomaniya və narkobiznesə qarşı Beynəlxalq Mübarizə gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Polis şöbəsinin əməkdaşları, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, təhsil və səhiyyə işçiləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban verən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov acaraq, bildirib ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və Narkobiznesə Qarşı Ümumdünya Mübarizə Günü” kimi qeyd olunur. 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulubdur. Sonra o, respublikada həyata keçirilən narkomaniyaya qarşı mübarizə tədbirlərindən, görülən işlərdən, qəbil olunmuş Qanunlardan, Sərəncamlardan, Dövlət Komissiyasının bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən, ölkə rəhbəri cənab İlham Əliyevin bu istiqamətində həyata keçirdiyi islahatlardan danışıb, çıxışında müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun doğurduğu fəsadlar, törətdiyi faciələr barədə geniş məlumat verib,yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi üçün ölkədə həyata keçirilən islahatlardan söz açıb.
Tədbirdə həmçinin YAP rayon təşkilatının sədri Eldar Əsədov, Təhsil sektorunun metodisti Gülxar Abbasova, rayon Mərkəzi xəstəxanasının poiliklinika şöbəsinin psixoloqu Təranə Əmraslanlı, rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Elşən Əmrahov və başqaları çıxış ediblər. Çıxışçılar narkomanlığın cəmiyyətə vurduğu yaralardan söhbət açıb, yeniyetmə-gənclərə sağlam həyat tərzinin alternativsiz həyat tərzi olduğunu çatdırıb və xüsusilə də onlara asudə vaxtlarının səmərəli keçirmələri üçün dəyərli tövsiyyələrini veriblər.