Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Ulu Öndəri yad etdilər

11 dekabr 2014 | 16:00

Ulu Öndərin anım günü Heydər Əliyev Mərkəzində rayonun gəncləri tərəfindən qeyd olunmuşdur. Tədbir iştirakçıları əvvəlcə Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla, fotostendlərlə tanış olmuşlar.

Sonra tədbir dəyirmi masa arxasında davam etdirildi. Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Sonra rayon icra hakimiyyəti başçısının müavini E.Umudov “Ulu Öndər H.Əliyev azərbaycançılıq məfkurəsinin banisidir” mövzusunda məruzə etdi. O.qeyd etdi ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürmüşdür. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümumilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Heydər Əliyevin tarixi xidmətidir.

Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalq ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdir. Həmin dövürdə Heydər Əliyev respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, azərbaycanlı diasporunun təşəkkül tapmasınıda vacib sayırdı. 90-cı illərdə hakimiyyətə qayıtdıqdan sonra o, xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsinə, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsini prioritet məsələ kimi hər zaman diqqətdə saxlamışdır. Çünki güclü azərbaycanlı diasporu müstəqil Azərbaycanın dayağıdır. Ulu Öndər çıxışlarının birində bu barədə belə demişdir: “Hər yerdə azərbaycanlılar olanda Azərbaycanın dayağıda daha çox olur. Bir şərtlə ki, gərək millətini, torpağını, ana Vətəni unutmayasan”.

Sonra rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Rasim Bayramov, Gülxar Abbasova Ulu Öndərlə bağlı xatirələrini danışdılar. Rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İsmayılzadə, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, gənclər adından Ləman Yusifzadə, Tapdıq Məmmədov öz ürək sözlərini bildirdilər.

Tədbir maraqlı və yaddaqalan oldu.

Keçidlər