Şriftin ölçüsü :

Saytın rəngi :

Şahbaz Quliyevin anası ilə görüş

10 dekabr 2014 | 16:00

2014-cü ilin iyul ayında yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədi ilə Kəlbəcər rayonunun ərazisinə getmiş və orada Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən girov götürülmüş Şahbaz Quliyev 1968-ci ildə Tərtər rayonunun Qapanlı kəndində anadan olmuşdur. Şahbaz Quliyevin sonuncu yaşayış yeri Sumqayıt şəhəri olub. Hazırda Tərtərin Qapanlı kəndində onun anası Sənəm Quliyeva yaşayır. Atası Cəlal Quliyev isə rəhmətə getmişdir.

Anası Sənəm Quliyeva oğlunun başına gələnlərdən xəbərsizdir, elə bilir ki, o, hələ də Rusiyadadır, orada yaşayır, kənd camaatı və doğmaları Şahbaz Quliyevin Ermənistanda əsir olduğunu ona bildirsələr yaşlı ananın özünə qəsd edəcəyindən ehtiyat edirlər.

Tərtər rayon İcra Hakimiyyəti Başçısının tapşırığı ilə bir qrup nümayəndə Qapanlı kəndinə erməni əsirliyində olan Şahbaz Quluyevin anası Sənəm Quluyevanın görüşünə getmiş, onun yaşayış tərzi ilə maraqlanmış, ehtiyaclarını təmin etmişdir. Nümayəndə heyyətini  Sənəm Quluyevanın doğmaları qarşılamışlar. Görüş zamanı Sənəm ana heç nəyə ehtiyacının olmadığını, yaxınlarının qayğısı ilə əhatə olunduğunu bildirmişdir. Dövlətimizə, rayon rəhbərliyinə, onu yada salıb görüşünə gələn hər kəsə öz sonsuz təşəkkürünü bildirmişdir.

Sənəm ana həkim müayinəsindən keçirilmiş, aparılan ərzaq məhsulları və dərman peraparatları anaya təqdim olunmuşdur.

Görüşdə Tərtər rayon İcra Hakimiyyəti Başçısının müavini Elvin Umudov, baş məsləhətçi Svetlana Əzizova, rayon mərkəzi xəstəxanası baş həkiminin müavini Mətanət Hüseynova, “Dövlət Qaçqınkom”un Rayon şöbəsinin sədri Nazim Səfərov, rayonun “Yeni Tərtər “ qəzetinin əməkdaşı Elfuzə Əliyeva, Qapanlı kənd İƏD-i üzrə nümayəndə Zakir Əliyev iştirak etmişlər.

Keçidlər