Şriftin ölçüsü :

Saytın rəngi :

TQDK-nın sədri Məleykə Abbaszadə Tərtər şəhərində vətəndaşları qəbul etmişdir

18 noyabr 2014 | 16:00

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının  sədri Məleykə Abbaszadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Tərtər rayon Gənclər Mərkəzində Tərtər və ətraf rayonların sakinlərini qəbul etmişdir.

Görüşdən öncə TQDK-nın sədri rayonun mərkəzi meydanına gələrək rayon icra hakimiyyətinin başçısı ilə birlikdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidənin önünə gül-çiçək dəstələri düzmüşlər.

Vətəndaşlar tələbə köçürmələri, qabiliyyət imtahanları, növbəti il üçün qəbul qaydaları və s. məsələlərlə bağlı Komissiya sədrinə rəy və sorğularını bildirmişlər.

TQDK-nın səlahiyyətlərinə aid olan müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapmışdır. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilmişdir.
 

Keçidlər