Şriftin ölçüsü :

Saytın rəngi :

“Qol güləşi” idman növü üzrə rayon birinciliyi keçirilmişdir

17 noyabr 2014 | 16:00

Azərbaycan Respublikasının Prezidenti Administirasiyasından Tərtər rayon İcra Hakimiyyətinə daxil olan 14 aprel 2014-cü il tarixli məktubda ölkə başçısının tapşırığına uyğun olaraq idmanın kütləviliyinin artırılmasının, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, mövcud olan idman obyektlərindən səmərəli istifadə sahəsində müvafiq tədbirlər görülməsinin, müxtəlif idman növləri üzrə rayon idman birliklərinin təsis edilməsinin vacibliyi qeyd olunmuşdur.
   Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını və rayon ərazisində idmanın kütləviliyi, inişafı üçün idman tədbirlərinin təşkili, uşaq, yeniyetmə və gənclər arasında idman-sağlamlıq işlərinin aparılması, gəncləri sağlam həyat tərzinin formalaşdırılması məqsədilə onların bədən tərbiyyəsi və idman məşqlərinə mütamadi cəlb edilməsini rəhbər tutaraq rayon icra hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanmışdır. Həmin tədbirlər planına əsasən 17 noyabr 2014-cü il tarixdə rayon gənclər mərkəzində idmanın inkişafı və kütləviliyini artırmaq məqsədi ilə idmanın “Qol güləşi” üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 60 nəfər gənc öz gücünü sınamışdır. Yarışda I yeri Mahdmudov Ziya (Səhləbad kəndi), II yeri İsmayılov Vasif (şəhər sakini), III yeri Zeynallı Süleyman (şəhər sakini) qazanmışdır. I yerin qalibinə rayon gənclər və idman idarəsinin diplomu və rayon icra hakimiyyəti tərəfindən isə kubok və pul mükafatı verilmiş, digər qaliblərə isə gənclər və idman idarəsinin diplomları təqdim edilmişdir.

Keçidlər