“Ümumrespublika Yaşıllaşdırma” marafonu Tərtərdə uğurla davam etdirilir
Noyabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Ümumrespublika Yaşıllaşdırma” marafonuna Tərtərdə uğurla davam etdirilir.
İlk növbədə, abadlaşdırılan ərazidə təmizləmə işləri görülür, yeni torpaq qatı salınır, mineral gübrələr səpilir. Rayonun florasının daha da zənginləşdirilməsi və gözəlləşdirilməsi məqsədi ilə yerli ağac növləri ilə yanaşı, bir sıra dekorativ müxtəlif gül və ağac kolları da əkilir.
Rayon ictimaiyyətinin və sakinlərin maraqla qatıldığı bu aksiya çərçivəsində indiyədək 5400-dən çox çinar, zeytun, kiparis, eldar şamı, qaraağac, kükünar, sərv, nar, liandra, göyrüş, alma, ərik və digər növlərdən olan ağaclar əkilmiş, ətraf ərazilər təmizlənib abadlaşdırılmışdır.
Marafon növbəti günlərdədə davam etdiriləcəkdir.