Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə Respublikasının Gəncə baş konsulu Orxan Işıq Tərtərdə

13 noyabr 2014 | 16:00

Noyabrın 13-də Türkiyə Respublikasının Gəncə baş konsulu Orxan Işıq Qarabağ bölgəsi ilə tanışlıq məqsədi ilə Ağcabədi, Bərdə, Tərtər rayonlarına səfəri çərçivəsində Tərtər rayonunda olmuşdur. Əvvəlcə konsul Orxan Işıq Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşmüşdür. Rayon rəhbəri konsula rayon haqqında  məlumat verərək bildirmişdir ki, rayonun ərazisi 48 km məsafədə düşmənlə təmas xəttində yerləşir. Təmas xəttində yerləşən kəndlər tez-tez ermənilər tərəfindən atəşə tutulur. Buna baxmayaraq Tərtərlilər  düşmənə bir qarış da torpaq verməyiblər. Ordunun arxasında xalq, xalqın arxasında isə milli ordumuz durur.
   Düşmənin bir addımlığında yerləşən Tərtər günü-gündən böyüyür, gözəlləşir. Rayonda geniş tikinti-abadlıq işləri aparılır, yeni binalar, sosial obyektlər tikilir. İstirahət parkları, yaşıllıq zolaqları salınır, yollar çəkilir. Cəbhə bölgəsində yerləşən rayonumuza daim dövlət tərəfindən diqqət və qayğı göstərilir.
    Biz bir millət, iki dövlət, ayrılmaz qardaş ölkələrik.
   Sonra konsul  hər  iki dövləti bir-birinə bağlayan dostluq və qardaşlıq münasibətlərindən danışdı. Tərtər rayonunun Türkiyənin  hansısa rayonu ilə dostluq münasibətlərinin yaradılması təklifini irəli sürdü.
Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov konsul Orxan İşığı Heydər  Əliyev prospekti, Heydər parkı, Heydər   Əliyev mərkəzi ilə tanış etdi. Görüş səmimi və yaddaqalan oldu.

Keçidlər