Şriftin ölçüsü :

Saytın rəngi :

Konstitutsiya günü qeyd olundu

12 noyabr 2014 | 16:00

Tərtər rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birlikdə 12 noyabr Konstitutsiya gününə həsr olunmuş ümumrayon tədbiri keçirmişdir. Tədbiri giriş sözü ilə YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov açaraq məruzə etmək üçün sözü rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elvin Umudova verdi.

Məruzəçi qeyd etmişdir ki, Azərbaycan Konstitusiyasının qəbulu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Umummilli lider hamının layiqli həyat səviyəsini reallaşdıran yeni Milli Konstitusiyanın qəbulunu da gündəmə gətirdi. Ulu öndər Əsas qanunun işlənib hazırlanmasına nəinki xüsusi önəm verdi, hətta həmin prosesə rəhbərlik etdi. 1994-cü ilin iyul ayında parlamentdə məhz Ulu Öndər Heydər Əliyevin sədirliyi ilə Konstitutsiya layihəsinin hazırlanmasına məsul olan xüsusi koissiyanın fəaliyyətə başlaması qərara alındı.

1995-ci il noyabrın 12-də ölkəmizdə parlament seçkiləri ilə ilk konistitutsiyanın qəbul edilməsi məsələsi bir səsvermə ilə həll olundu. 1995-ci il Əsas Qanunun qəbul edilməsi cəmiyyət həyatında demokratik dəyişikliklərə yol açdı, siyasi və hüquq sistemində sabit özülün yaradılması işində mühüm addım oldu. Hüquq ekspertlərinin fikirincə Azərbaycan Konstitusiyasının ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır.

Geniş və hərtərəfli məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini E.Umudov çıxışının sonunda bütün azərbaycanlıları 12 noyabr Konstitutsiya günü münasibəti ilə təbrik edərək, onlara uzun ömür, can sağlığı, firavan və xoşbəxt həyat arzuladı. “Şah qanun deyil, qanun şahdır” , müdirik kəlamını xatırlatdı. Qeyd etdi ki, Heydər Əliyev siyasi müdirikliyi və Prezident İlham Əliyevin qətiyyəti nəticəsində Azərbaycan xalqı dünya xəritəsinə sivil, demokratik və dünyəvi bir dövlət bəxş etdi.

Sonra mədəniyyət və turizm şöbəsinin işçisi Şəlalə Əliyeva, rayon təhsil şöbəsində metodkabinetin müdiri İntiqam Nuruyev, səhiyyə işçisi Azər Əhmədli, ƏSMM-nin rayon şöbəsinin direktoru Vüsal Əzizov, Cəmilli kənd tam orta məktəbinin direktoru Famil Məmmədov çıxış etdilər. 
 

Keçidlər