Tərtər rayonunda ağac əkmə aksiyasına start verilmişdir
Noyabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarət olan “Ümumrespublika Yaşıllaşdırma” marafonuna start verilmişdir. Marafon çərçivəsində Tərtər rayonunda da ağac əkmə aksiyasına başlanılmışdır.
Rayonda keçirilən aksiyada rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti və sakinləri iştirak etmişlər. Rayon sakinlərinin bu işdə böyük maraqla iştirak etməsi nəticəsində ərazidə 3200-dən çox ağac əkilib. Ümumilikdə I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində rayonda 9 000-dən çox ağac əkilməsi nəzərdə tutulmuşdur.