Şriftin ölçüsü :

Saytın rəngi :

Təmas xəttində monitorinq keçirilmişdir

05 noyabr 2014 | 16:00

Noyabrın 5-də Tərtər rayonunun Seysulan kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilmişdir. Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçirmişlər. Monitorinq inistentsiz başa çatmışdır.

Monitorinqdən əvvəl Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovlada görüşmüşlər. Görüş səmimi və yaddaqalan olmuşdur.
 

Keçidlər