Onbirincilər Ulu Öndərin irsini həvəslə öyrənirlər
Noyabr ayının 1-də Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi və təbliği məqsədilə Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün açıq tarix dərslərinə başlanmışdır. Ulu Öndərin anadan olduğu günədək davam ediləcək dərslərdə şagirdlərə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş mühazirələr oxunacaqdır. Bunun üçün rayonun tarix müəllimləri içərisindən 16 nəfər mühazirəçi müəllim seçilmişdir.
Noyabrın 4-də keçirilən növbəti dərsdə rayonun şəhər 1 saylı və Dəmirçilər kənd tam orta məktəbinin XI sinif şagirdləri iştirak etmişlər. Mühazirəçi müəllim Günel Əhmədova (şəhər 1 saylı tam orta məktəb) onbirincilərə “1994-1995-ci ilin mart, oktyabrında daxili və xarici qüvvələr tərəfindən sabitliyin pozulmasının və dövlət çevrilişləri cəhdlərinin qarşısının Ulu Öndər Heydər Əliyev tərəfindən qətiyyətlə alınması” barədə geniş və ətraflı məlumat vermişdir.
Dərslərdə iştirak edən məktəblilər mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla da tanış olmuşlar.