Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil naziri vətəndaşları qəbul etdi

20 oktyabr 2014 | 15:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, təhsil naziri Mikayıl Cabbarov oktyabrın 20-də rayonun Gənclər Mərkəzində Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayonlarından olan sakinləri qəbul etdi. Vətəndaşların əsasən işə qəbul, xaricdə təhsil, təhsil haqqı ilə əlaqədar 50-dən çox müraciətinə baxıldı.

Hər bir müraciət diqqətlə dinlənildi, əksər məsələlər yerindəcə həllini tapdı. Nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alındı.
Sakinlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Keçidlər