Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində növbəti nikah mərasimi keçirilmişdir

18 oktyabr 2014 | 15:00

Oktyabrın 18-də Tərtər rayon Heydər Əliyev Mərkəzində Tərtər şəhər şakini Məmmədov Elməddin Oruc oğlu ilə Səhləbad kənd sakini Qaçaylı Çinarə Adil qızının nikah mərasimi keçirilmişdir.

Nikah mərasimdən öncə ailə quran gənclər ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Təntənəli mərasimdə cütlük nikah masasına dəvət olunub, onlar arasında nikah müqaviləsi bağlanmışdır. Ailə quranların qohumlarının və rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə nikah şəhadətnaməsi gənclərə təqdim olunmuşdur.

Keçidlər