Şriftin ölçüsü :

Saytın rəngi :

AVCİYA Sərsəng su anbarı ilə bağlı Tərtərdə seminar keçirtmişdir

18 oktyabr 2014 | 15:00

Tərtər Rayon Gənclər Mərkəzində Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkisafına Yardım Assosasiyası (AVCİYA) Ermənistanın işşğalı altında olan Sərsəng su anbarının Tərtər rayonunun iqtisadiyyatına vurduğu iqtisadi zərər mövzusunda 3 təlim seminar keçirmişdir.

Tədbirdə bələdiyyə və yerli icra nümayəndələri, məktəb direktorları, kənd təsərrüfatı, su təminatı ilə məşğul olan qurumların, yerli sahibkarların nümayəndələri, kənd ziyalıları, QHT, yerli icmalar, siyasi partiyaların nümayəndələri iştirak etmişdir.

Seminarda  Sərsəng su anbarının regionda əhəmiyyəti və ondan ermənilərin terror kimi istifadə edə biləcəyi təhlükəsindən danışılmışdır. Qeyd olunmuşdur ki, 1976-cı ildə Tərtər çayın üzərində 726 metr hündürlükdə inşa edilmiş, 125 metr hündürlüyündə bəndə və 560 milyon kub metr su tutumuna malik olan orijinal su anbarı Tərtər və ətraf rayonlar üçün əsas su mənbəyidir. Anbar 1992-ci ildən Ermənistanın işğalı altında olduğu üçün əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olan rayonun iqtisadiyyatına ciddi ziyan vurmuşdur.

 

Keçidlər