Şriftin ölçüsü :

Saytın rəngi :

Qanvermə aksiyasına başlanılmışdır

17 oktyabr 2014 | 15:00

Oktyabrın 17-də Tərtər rayonunda 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibəti ilə rayon mərkəzi xəstəxanasında qanvermə aksiyasına başlanılmışdır. Aksiyada rayonun bütün idarə və müəssisələrindən, İƏD-dən və bələdiyyələrdən nümayəndələr iştirak edirlər.

Qanvermə aksiyasının məqsədi Hemofiliya və talessemiya irsi qan xəstəlikləri olan şəxslərə kömək etməkdir. Tədbir Elmi-Tədqiqat Hemotologiya və Qanköçürmə İnstitunun əməkdaşlarının iştirakı ilə keçirilir. Hazırda aksiya davam edir.


Keçidlər