Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon icra hakimiyyəti başçısının “2014-cü ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə ” hesabat yığıncağı keçirilmişdir.

13 oktyabr 2014 | 15:00

Tədbir iştirakçıları əvvəlcə umummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək, onun xatirəsini ehtiramla yad etmişlər.
    Yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hesabat məruzəsi ilə çıxış edərək 2014-cü ilin qoqquz ayının bütövlükdə respublikamızın və eləcə də rayon üçün yaddaqalan və uğurlu olduğunu qeyd edərək rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə möhtərəm prezidentimizə minnətdarlığını bildirmişdir.
    O qeyd etmişdir ki, 2014-cü ilin  ötən 9 ayının yekunları sosial-iqtisadi inkişaf baxımından rayonumuz üçün uğurlu olmuşdur. Həyata keçirilmiş tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf etmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət almışdır.
    2014-cü ilin doqquz ayı ərzində ümumdaxili məhsulun həcmi 94.3 milyon manat olmuşdur ki, bununda 87.9 faizi qeyri-dövlət sektorunda istehsal olunmuşdur.
    Ümumdaxili məhsulun 4.1 milyon manatını sənaye, 43.1 milyon manatını kənd təsərrüfatı, 11.9 milyon manatını tikinti və quraşdırma işləri, 31.8 milyon manatını ticarət xidmətləri, 3.1 milyon manatını nəqliyyat, 0.4 milyon manatını rabitə təşkil etmişdir.
    Ötən ilin müvafiq dövrünə nisbətən hər nəfərə 34.5 manat və ya 3.2 faiz çox ümumdaxili məhsul istehsal olunmuşdur. Rayon üzrə orta  aylıq əmək haqqı 228.9 manat təşkil etmişdir.
2014-cü ilin 9 ayında əhalinin pul gəliri 143.4 milyon manat olmuşdur ki,  bu da ötən ilin müvafiq dövrünə nisbətən 2.6 milyon manat və ya 1.8 faiz çoxdur.
     Adambaşına (hər nəfərə) pul gəlirləri 2013-cü ilin 9 ayına nisbətən 37.4 manat və ya  2.0 faiz artmışdır.
Pərakəndə ticarət dövriyyəsi və pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.6 faiz və yaxud 7.5 milyon manat çox olmuşdur.
    Əhaliyə göstərilən ticarət, iaşə və digər xidmətlərin səviyyəsini yüksəltmək üçün 14 obyektin tikilməsinə icazə verilmişdir.
    Rayonda 376 hüquqi, 2824 fiziki şəxs ticarət, iaşə və digər xidmət sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyata alınmışdır. Onlardan 206 hüquqi, 1485 fiziki şəxs hazırda fəaliyyət göstərir.
Hesabat dövründə ümumilikdə 43.1 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 1.0 faiz çoxdur.
  2013-cü ilin 9 ayına nisbətən iribuynuzlu mal-qaranın baş sayı 695 baş artaraq 25.9 min baş, xırdabuynuzlu mal-qaranın baş sayı isə 1178 baş artaraq 71.2 min baş olmuşdur.
Cari ilin 9 ayı ərzində 2013-cü ilin müvafiq dövrünə nisbətən 49.3 ton ət, 141.6 ton süd, 120 min ədəd yumurta, 0.2 ton yun çox istehsal edilmişdir.
    Əkin sahələrinin suvarılması və məhsuldarlığının yüksəldilməsini yaxşılaşdırmaq məqsədilə 695 min kubmetr lildən təmizləmə işi aparılmışdır. Daşqın və selə qarşı 50 min kubmetr torpaq işi görülmüşdür.
Qapanlı arxının Səhlabad kəndindən keçən hissəsinə 320 metr, Qaraağacı arxında 760 metrlik hissəsinə beton üzlük çəkilmişdir.
    Əhalinin suvarma suyuna olan təlabatını ödəmək üçün susuzluqdan əziyyət çəkən kəndlərdə 31 ədəd subartezian quyuları qazılmışdır ki, bunlardan 26 ədədi artıq istifadəyə verilmiş, 5 ədədi isə yaxın vaxtlarda istismara veriləcəkdir.
    2014-cü ilin 9 ayında rayonun büdcə gəlirləri 12 milyon 407 min 663 manat, büdcə xərcləri 10 milyon 314 min 302 manat olmuşdur.
    2014-cü ilin oktyabrın 1-i vəziyyətinə 1448 aztəminatlı ailənin 5212 nəfər ailə üzvünə ünvanlı sosial yardım verilmişdir. Hər bir ailəyə orta hesabla 132 manat, hər bir ailə üzvünə 29.07 manat vəsait düşmüşdür.
    Rayonda 913 yeni iş yeri açılmışdır. Onlardan 321-i daimidir. 
Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binasının, Qaz istismarı sahəsinin və YAP rayon təşkilatının binalarının tikintisi başa çatmış, son tamamlama işləri aparılır.
    Rayonda Olimpiya İdman Kompleksinin və Tərtər şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilir. 
    Uzunluğu 6 km olan 4 yaşayış məntəqəsini birləşdirən Qapanlı-Seysulan yolunun çınqıl örtüyü əsaslı təmir olunmuş, 3 km hissəsinə asfalt örtüyü salınmışdır.
    Şəhərin H.Əliyev prospektində 4 km, M.Əsədov küçəsində 0.8 km yola asfalt örtüyü salınmışdır.
Qaradağlı-Bayandurlu- Kəbirli-Xoruzlu kəndarası yolunda 10 km, Sarov- Borsunlu yolunda 10 km, Qaynaq- Qapanlı-Qazyan yolunda 15 km, Səhləbad- Əskipara yolunda 4 km, Azad Qaraqoyunlu-Qapanlı, İlxıçılar-Köçərli yolunda 8 km, İsmayılbəyli-Evoğlu yolunda 10 km məsafədə kəndarası yollarda cari təmir işləri aparılaraq çınqıl örtüyü salınmış, qreyderlə hamarlanmışdır.
    Şəhərin mərkəzi meydanı yenidən qurulmuş, 8.2 min kvadratmetr sahədə yeni keyfiyyətli tamet daşları ilə üzlənmiş, yağış sularının axıdılması üçün 500 metr yeni kanalizasiya xətləri çəkilmiş, prospektdə və şəhərin digər məhəllələrində 3 km su xətləri yenilənmişdir.
    Heydər Əliyev meydanında və Heydər Əliyev parkının ətrafında 39 ədəd yeni müasir tipli işıqlandırma sistemi quraşdırılmışdır. Prospektdə uzunluğu 4 km olan səkilərdə yenidənqurma işləri aparılmış və 7.5 min kvadratmetr səkilərə tamet daşları döşənmişdir.
Rayon icra hakimiyyətinin inzibati binasında əsaslı təmir işləri aparılır, H.Əliyev prospektində rayon icra hakimiyyətinin və daha 4 iri həcmli binaların dam örtüyü sökülərək müasir mansard üslubunda yenidən qurulmuşdur.
    Şəhərin Nizami, V. Hüseynov, Ə. Paşayev və E.Səfərov küçələrində yaşayış binalarının yerləşdiyi ərazilərdə sakinlər tərəfindən qanunsuz və pərakəndə şəkildə tikilmiş müxtəlif təyinatlı, kiçik həcmli tikililər sökülərək, ərazi təmizlənib genişləndirilmiş, həmin sahələrə yüzlərlə maşın torpaq daşınaraq hamarlanmışdır. Hər dörd küçədə “Nümunəvi məhəllə” yaradılır.
Şəhərin M. Əsədov küçəsində 800 metr məsafədə istinad divarları aqlay və digər bəzək daşları ilə üzlənir.
Şəhərin T.İsmayılov küçəsindən keçən əvvəllər bərbad vəziyyətdə olan Seysulan arxının 350 metrlik hissəsi beton kanala alınmış və ətrafı səliqəyə salınmışdır.
    Təmas xəttinə ən yaxın məsafədə yerləşən Qapanlı, Qazyan, Hüsənli, Dəmirçilər və Borsunlu kəndlərində 8.5 metr olan gecə işıqlanması quraşdırılmışdır.
    Əhalinin içməli su ilə təmin olunması diqqət mərkəzində olmuş, artezian və subartezianların istismarı nəzarətdə saxlanılmışdır. Şəhərin S.Vurğun və R. Kərimov küçələrində əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması üçün 1 ədəd subartezian quyusu qazılmışdır. 107 abonentə su xətti çəkilmişdir.
Borsunlu, Təzəkənd, Dəmirçilər, Qaradağlı və Qazyan kəndlərinin hər birində 1 ədəd olmaqla 5 subartezian quyusu qazılmış, küçələrə su xətti çəkilərək bulaqlar quraşdırılaraq və əhalinin istifadəsinə verilmişdir.
Dövr ərzində elektrik şəbəkəsində 5 yarımstansiyada yağ açarları və 83 transformator cari təmir edilmiş, 585 ədəd sayğac quraşdırılmış, hava xətlərində 116 ədəd dayaq yenisi ilə əvəz olunmuşdur.
Rayon əhalisinin 33.5 faizi qazla təmin edilmişdir. Dövlət Proqramına uyğun olaraq digər kəndlərin qazlaşdırılması davam etdirilir. Ümumi satışın ödənişi 98.6 faiz təşkil etmişdir.
Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlən-dirilməsi və iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə 2014-cü ilin 9 ayında 420 şagird yerlik Qazyan, 150  şagird yerlik Borsunlu kənd tam orta məktəbləri və 150 şagird yerlik Rəcəbli  kənd ümumi orta məktəbi əsaslı təmir olunmuş və istifadəyə verilmişdir. 5 məktəbdə cari təmir işləri aparılmış, Hüseynli və şəhər 6 saylı tam orta məktəbdə isə əsaslı təmir işləri görülür.
    2013-2014-cü tədris ilində rayonun ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 356 nəfəri ali məktəbə sənəd vermiş, onlardan 162 nəfəri müxtəlif ali məktəblərə daxil olmuş, onlardan 6 nəfəri 600-dən çox, 16 nəfəri 500-dən çox bal toplamışdır. Məzunlardan 46 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olmuşdur
    Hesabat dövründə güzəştli imtiyazlarla tibbi xidmət almaq hüququna malik olan şəkərli diabet xəstələr 138452 manatlıq, psixi xəstələr 24600 manat dəyərində psixatrop dərman preparatları ilə təmin olunmuşlar.
    Mədəniyyət müəssisələrində 600-ə yaxın müxtəlif mövzuya həsr olunmuş mədəni-kütləvi tədbirlər keçirilmişdir ki, bu tədbirlərdə də 35 min nəfər tamaşaçı və dinləyici iştirak etmişdir.
İlin 9 ayında Gənclər və idman idarəsi tərəfindən gənclər üzrə 30, idman üzrə 28 tədbir keçirilmiş və bu tədbirlərdə 3655 nəfər yeniyetmə və gənc iştirak etmişdir.
   Vətəndaşların hüquq və azadlıqlarının müdafiə edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi üçün müvafiq tədbirlər görülmüş, gənclərin həqiqi hərbi xidmətə çağırılmasına, onların hərbi hazırlığının təşkilinə qanunvericiliyə uyğun olaraq köməklik göstərilmişdir. İlin 9 ayı ərzində qeydə alınmış 120 cinayət hadisəsinin 96 cinayət hadisəsinin istintaqı tamamlanmış, 18 hadisə bağlı qalmış, cinayətlərin ümumi açılma əmsalı 84.2 faiz təmin olunmuşdur.  Narkotiklərlə mübarizə sahəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotiklərlə bağlı 10 cinayət faktı aşkar edilmiş, açılma əmsalı 100 faiz təşkil etmişdir. Bu müddət ərzində 1.296 heroin, 4801.10 qram çəkidə olan qurudulmuş marixuana olan narkotik vasitələr aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılması təmin edilmişdir.
   Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə ordu sıralarına həqiqi hərbi xidmətə 3 çağırış həyata keçirilmişdir. Çağırış ilə əlaqədar rayonda həyata keçirilən tədbirlər nəticəsində 311 nəfər tərtərli gənc ordu sırasına göndərilmişdir.
    2014-cü ilin arxada qalan ayları göstərir ki, 9 ay ərzində görülmüş bir sıra müvəffəq işlərlə yanaşı, hələ də rayon əhalisini narahat edən bir sıra problemlər qalmaqdadır. Belə ki, yaşayış məntəqələrinin əksəriyyəti qazlaşdırılmalı, əkin sahələrinin suvarılmasındakı mövcud çətinliklər aradan qaldırılmalı, əhalinin içməli suya olan tələbatı tam təmin olunmalı, şəhər mərkəzinin kanalizasiya xəttləri yenidən qurulmuşdur. Elektrik enerjisi, qaz və su sahələrində mövcud təsərrüfatların yenidən qurulması və yararsız hala düşmüş təhsil, səhiyyə və mədəniyyət obyektləri üçün yeni binaların, inventar və avandanlıqların alınması məqsədilə zəruri tədbirlər həyata keçirilməlidir. 
    Yığıncaqda çıxış edən Rayon Polis şöbəsinin rəisi Rauf Məcidov, Tərtər Rayon ƏSMM-nin direktoru Vüsal Əzizov, Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyev, İsmayılbəyli kənd İƏD-si üzrə nümayəndə Eldar Əsədov, Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İsmayılov 2014-cü ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən danışmış, işğüzar təkliflər irəli sürmüşlər.
    Yığıncaqda müvafiq qərar qəbul edilmişdir.

Keçidlər