Tərtər rayonunda növbəti nikah mərasimi keçirilmişdir
04 oktyabr 2014 | 15:00
Oktyabrın 4-də Tərtər rayon Heydər Əliyev Mərkəzində rayonun Dəmirçilər kənd sakini Hümbətov Xəyal Etibar oğlu ilə Kəlbəcər rayonunun Ağdaban kəndindən məcburi köçkün, müvəqqəti olaraq Tərtər rayonunda məskunlaşmış Məmmədli Cəlaliyə Şıxəli qızının nikah mərasimi keçirilmişdir.
Nikah mərasimdən öncə ailə quran gənclər ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Təntənəli mərasimdə cütlük nikah masasına dəvət olunub, onlar arasında nikah müqaviləsi bağlanmışdır. Ailə quranların qohumlarının və rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə nikah şəhadətnaməsi gənclərə təqdim olunmuşdur.