Tərtərlilər Gəncə Uşaq Evində
Qurban bayramı münasibəti ilə Tərtər rayon İcra Hakimiyyətinin və YAP Tərtər Rayon Təşkilatının nümayəndələri Gəncə Uşaq Evində olmuşlar. Rayon icra hakimiyyətinin başçısının müavini Elvin Umudov çıxış edərək rayon icra hakimiyyətinin başçısı adından uşaq evinin kollektivini müqəddəs qurban bayramı münasibəti ilə təbrik etmişdir. Sonra YAP Tərtər Rayon Təşkilatının aparat rəhbəri Kamil Məmmədov, əhalinin sosial müdafiəsi mərkəzinin nümayəndəsi Xeyri Həcər, şəhər 1 saylı tam orta məktəbin direktoru Nəcibə Muradova, şəhər 3 saylı məktəbin direktoru Dilşad Məmmədova çıxış edərək öz ürək sözlərini bildirdilər. Sonra nümayəndələr burada yaşayan uşaqlara yaradılan şəraitlə tanış olmuş, onların əl işlərindən ibarət sərgiyə baxmış, uşaqların bayram şənliyində iştirak etmişlər. Uşaq evinin müdiri Nazilə İsmayılova Tərtər Rayon İcra Hakimiyyətinin Başçısına onlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirmiş uşaq evi haqqında nümayəndələrə məlumat vermişdir. O, bildirmişdir ki, burada 66 nəfər uşaq tərbiyyə alır. Müəssisədə 1 məktəbəqədər, 3 məktəbli qrupu fəaliyyət göstərir. Onların tərbiyyəsi ilə müdir müavini Gültəkin Təhməzova, Tərbiyyəçilər Yeganə Allahverdiyeva, Raziyə Məlikova, Gülnar Abbasova məşğul olur. Uşaq evinin müdiri Respublika Prezidenti cənab İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya valdeyin himayəsindən məhrum olmuş uşaqlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir. Nümayəndələr tərbiyyəçilər və uşaqlarla birlikdə xatirə şəkili çəkdirmişlər.