Tərtərdə Qurban bayramı münasibəti ilə tədbir keçirilmişdir
Tərtər rayonunda Qurban bayramı münasibəti ilə tədbir keçirilmişdir. Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri müqəddəs qurban bayramı münasibətilə təbrik etmiş, onlara can sağlığı, uzun ömür, firavan həyat, bol ruzi arzulamışdır. Sonra Tərtər Cümə məscidinin axundu Sadiq Cəfərov qurban kəsiləcək heyvanlara dua oxudu, dini adətimizə uyğun olaraq qurban mərasimi başladı.
Tədbirdə şəhid ailələrinə, əlillərə, ağsaqqallara, Böyük Vətən Müharibəsi Veteranlarına, Çernobıl əlillərinə, tənha, yatax xəstəsi və kimsəsizlərə, maddi imkanları zəif ailələrə, təmas xəttinə yaxın yerləşən kəndlərin sakinlərinə, ümumilikdə 6500 nəfərdən çox rayon sakininə 6,5 ton qurban əti paylanması nəzərdə tutulmuşdur. Tədbir oktyabrın 5-də də davam etdiriləcəkdir.