Tərtər rayonunda növbəti “Əmək Yarmarkası” keçirilmişdir
Tərtər rayon Məşğulluq Mərkəzi tərəfindən 26.09.2014-cü il tarixində rayonda İşaxtaran və işsiz vətəndaşların məşğulluğunu təmin etmək məqsədi ilə növbəti “Əmək Yarmarkası” keçirilmişdir.”Əmək Yarmarkası”na rayonda fəaliyyət göstərən 24 idarə, müəssisə və təşkilatdan 138 vakant iş yeri təqdim olunmuşdur ki, bunlardanda 55-i fəhlə, 83-ü qulluqçu iş yerləridir.
70 nəfər işaxtaran vətəndaşa işə ğöndəriş vərəqəsi verilmişdir. Bunlardan da 62 nəfəri rayonda yerləşən idarə, müəssisə və təşkilatlarda peşə və ixtisaslarına uygun daimi işlə təmin olunmuşlar. İşlə təmin olunan 62 nəfərin 3 nəfərini kvota üzrə təyin olunmuş iş yerləri təşkil edir.
“Əmək Yarmarkası”nda rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, Dövlət Məşğulluq Xidmətinin sektor müdiri Fuad Mehdizadə iştirak etmişdir.