Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimi keçirilmişdir

19 sentyabr 2014 | 15:00

Sentyabrın 19-da Tərtər rayon Heydər Əliyev Mərkəzində Mingəçevir şəhər sakini Əlicanov Anar Qabil  oğlu ilə Laçın rayonundan məcburi köçkün, müvəqqəti olaraq Tərtər rayonunda məskunlaşmış Mirzəquluyeva Şahnaz Baloğlan qızının nigah mərasimi keçirilmişdir.
    Nigah mərasimdən öncə ailə quran gənclər ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Təntənəli mərasimdə cütlük nikah masasına dəvət olunub, onlar arasında nikah müqaviləsi bağlanmışdır. Ailə quranların qohumlarının və rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə nikah şəhadətnaməsi gənclərə təqdim olunmuşdur.

Keçidlər