Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhər 2 saylı məktəb-liseydə “Azərbaycançılıq, vətənpərvərlik” mövzusunda açıq dərs keçirilmişdir

15 sentyabr 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akaddemiyasının müəllimi, elimlər namizədi, dosent Ayaz Salmanov 15 senty- “Bilik Günü” ilə əlaqədar Tərtər şəhər 2 saylı məktəb-liseyin x-xı sinif şagirdlərinə “Azərbaycançılıq, vətənpərvərlik” mövzusunda açıq dərs keçmişdir. Dərs saatında Ayaz Salmanov məktəblilərə Vətən sevgisindən bəhs etmiş, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün etdiyi əvəzsiz fədakarlıqlardan danışmışdır. Dərs diskussiya formasında, interaktiv şəkildə davam etmişdir. A.Salmanov məktəblilərin suallarını cavablandırmışdır.

Bilik Fondunun Tərtər rayon üzrə nümayəndəsi Gülarə Ələkbərova və şagirdlər belə dərslərin məktəblərdə tez-tez keçirilməsi arzusunda olduqlarını bildirmişlər.
 

Keçidlər