Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni dərs ilində yeni məktəb

16 sentyabr 2014 | 15:00

Rəcəbli kənd ümumi orta məktəbin kollektivi yeni dərs ilinə 150 şagird yerlik yeni məktəb binasında başlamışdır. Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə rayon təhsil şöbəsinin müdiri Aydın Qarayev açmış, respublika prezidenti cənab İlham Əliyevin başqa sahələrə olduğu kimi təhsilədə göstərdiyi diqqət və qayğıdan danışmışdır. O qeyd etmişdir ki, bu il rayondan ali məktəbə sənəd verən məzunların 48 faizi ali məktəbə, 7 nəfəri hərbi məktəbə daxil olmuşlar. Gənclərin hərbi məktəblərə daxil olması cəbhə bölgəsində yerləşən rayonumuz üçün böyük uğurdur. Sonra məktəbin direktoru Mayıl Aslanov, valdeyinlərdən İsrafil Mahmudov çıxış edərək təhsil işçilərini yeni dər ilinin başlanması və yeni məktəb binasının tikilib istifadəyə verilməsi münasibəti ilə təbrik etmişlər.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək yeni dərs ilinin başlanması “Bilik günü” münasibəti ilə Rəcəbli kənd ümumi orta məktəbin müəllim və şagird kollektivini təbrik etmiş, təhsildə aparılan islahatlardan, “Təhsil millətin gələcəyidir” deyən Ulu öndərin milli təhsilimizdəki rolundan, onun siyasi kursunun layiqli davamçısı olan respublika prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıdan söhbət açdı və bunun üçün tərtərlilər adından respublika prezidentinə və onun xanımına minnətdarlığını bildirdi.

Sonra tədbirdə iştirak edən millət vəkili Sahib Alıyev çıxış edərək öz ürək sözlərini bildirdi.

Rayon rəhbəri və millət vəkili birlikdə məktəbin açılışının rəmzi olan qırmızı lenti kəsdilər.

Tədbir iştirakçıları müasir avadanlıqlarla təchiz olunmuş sinif otaqları, komputer otağı ilə tanış oldular, birincilərə hədiyyələr təqdim etdilər.

Keçidlər