“Bilik günü” Qazyan məktəbliləri ikiqat bayram sevinci yaşadılar
“Bilik günü” Qazyan kənd tam orta məktəbinin kollektivi üçün ikiqat bayrama çevrilmişdir. Yeni tədris ilində 420 şagird yerlik Qazyan kənd tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon təhsil şöbəsinin müdiri Aydın Qarayev respublika prezidentinin təhsilə göstyərdiyi diqqət və qayğıdan danışaraq təhsil işçilərinə yeni tədris ilində müvəfəqqiyyətlər arzuladı. Sonra məktəbin direktoru Rafael Abbasov, kənd ağsaqqaıllarından Oktay Bayramov, məktəbin şagirdi Təzəgül Cahidzadə çıxış edərək öz ürək sözlərini bildirdilər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov müəllim və şagirdləri yeni dərs ilində “Bilik günü”nü yeni məktəb binasında keçirmələri münasibəti ilə təbrik edərək, respublika Prezidentinin rayonumuzun sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirmiş, Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın “Yeniləşən Azərbaycan yeni məktəb” layihəsi çərçivəsində görülən işlərdən danışdı.
Rayon rəhbəri qeyd etdi ki, ötən illərdə rayonumuzun şəhər 1 saylı, Seydimli, Balakəngərli, Qapanlı kənd tam orta məktəbləri tikilib istifadəyə verilmiş, Seydimli kənd və şəhər 2 saylı körpələr evi-uşaq bağçaları əsaslı təmir olunmuşdur.
Bu il isə Borsunlu və Qazyan kənd tam orta məktəbləri əsaslı təmir olunmuş, Rəcəbli kənd ümumi orta məktəbi üçün yeni bina tikilmişdir. Şəhər 5 və 6 saylı məktəblərin dam örtüyü dəyişdirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı tərtərlilər adından rayon göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirmişdir. Məktəbin birinci sinifinə qəbul edilən şagirdlərə rayon icra hakimiyyəti tərəfindən məktəbli çantaları və dərs ləvazimatları hədiyyə edilmişdir.
Tədbirdə millət vəkili Sahib Alıyevdə iştirak etmişdir.