Tərtər Bölgə Təcrübə Stansiyasında seminar keçirilmişdir
Sentyabrın 3-də Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyası, Regional Aqrar Elm Mərkəzi, Milli Elmlər Akademiyasının Eroziya və Suvarma İnstitutu və Polşa Respublikasının Texnoloji Təbiətşünaslıq İnstitutunun əməkdaşlarının birgə iştirakı ilə “Coğrafi informasiya sistemlərindən istifadə etməklə yaradılmış elektron xəritələrdən kənd təsərrüfatının planlaşdırılmasında istifadə imkanları” mövzusunda seminar keçirilmişdir.
Seminarda Coğrafi İnformasiya Sistemlərindən (GİS) istifadə etməklə kənd təsərrüfatı əraziləri uçün məlumatlar bazasının işlənib hazırlanması metodikası, həmçinin Azərbaycanın şimal və şimal-qərb rayonları üçün yaradılmış xəritələr və onların məlumatlar bazası haqqında məlumatların fermerlərin diqqətinə çatdırılması, gələcəkdə bu xəritələrdən regional səviyyədə istifadə imkanları haqqında fikir mübadiləsi olmuşdur. Məruzəçı Polşa Respublikasının Texnoloji Təbiətşünaslıq İnstitunun GİS texnologiyası və planlaşdırma şöbəsinin müdiri Hubert Piorkovski oz çıxışında hazırlanmış xəritələrin əhəmiyyəti və gələcəkdə onlardan daha geniş istifadə olunması sahəsində Polşa respublikasında olan mövcud təcrübə haqqında da məlumat vermişdir. Sonda iştirakçıları maraqlandıran suallara cavab verilmişdir.