Şriftin ölçüsü :

Saytın rəngi :

Tələbə adı qazanmış gənclərlə görüş keçirildi

02 sentyabr 2014 | 15:00

Sentyabrın 2-də ali təhsil və orta ixtisas məktəblərinə qəbul olmuş tələbələrlə rayon icra hakimiyyəti başçısının görüşü keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə mərkəzi meydanda Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir Gənclər Mərkəzində davam etdirilmişdir.

Tədbiri giriş sözü ilə rayon təhsil şöbəsinin müdiri Aydın Qarayev açmış, tələbə adını qazanmış gəncləri təbrik edərək, rayon üzrə ali və orta ixtisas məktəblərinə qəbul haqqında məlumat vermişdir. A.Qarayev bildirmişdir ki, bu ilki məzunlardan 179 nəfər ali, 46 nəfər isə orta-ixtisas məktəblərinə qəbul olmuşdur. 6 nəfər 600-dən, 16 nəfər isə 500-dən yuxarı bal toplamış, 7 nəfər hərbi məktəbə daxil olmuşdur. Sonra şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova, 1saylı tam orta məktəbin direktoru Nəcibə Muradova, Umudlu kənd tam orta məktəbin direktoru Zabil Zeynalov, valdeyinlərdən Sahib İbrahimov, Şölə Mahmudova çıxış edərək, təhsilə göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirərək, yenicə tələbə adını almış gəncləri təbrik etmişlər. Şəhər 6 saylı tam orta məktəbin məzunu Şəfiqə Mehdizadə, Hacıqərvənd kənd tam orta məktəbin məzunu Gülər İsmayılova, 2 saylı məktəb-liseyin məzunları Ruslan Rəcəbli, Rəşad İbrahimzadə, 1 saylı tam orta məktəbin məzunları Səidə Hüseynzadə, Məzahir Rəfizadə, Borsunlu kənd tam orta məktəbin məzunu Nuranə Rəsulzadə öz ürək sözlərini bildirərək sevinclərini bölüşmüşlər.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tələbələri təbrik edərək onlara təhsildə uğurlar dilədi. Gənclərə harada olmalarından aslı olmayaraq vətənə, xalqa, dövlətə və dövlətçiliyə sadiq olmağı tövsiyə etdi.

Tədbirin sonunda 500-də yuxarı bal toplayan tələbələrə rayon icra hakimiyyəti başçısı və təhsil şöbəsi tərəfindən hədiyyələr təqdim olundu.
 

Keçidlər