Heydər Əliyev Mərkəzində növbəti nikah mərasimi keçirilmişdir
31 avqust 2014 | 15:00
Avqustun 31-də Heydər Əliyev Mərkəzində rayonun Kovdadıq kənd sakini Xəlilov Tofiq Etibar oğlu ilə Əskipara kənd sakini Vəlizadə Jalə Rafiq qızının nikah mərasimi keçirilmişdir.
Nigah mərasimdən öncə ailə quran gənclər ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Təntənəli mərasimdə cütlüklər nikah masasına dəvət olunub, onlar arasında nigah müqaviləsi bağlanmışdır. Ailə quranların qohumlarının və rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə nikah şəhadətnaməsi və rayon icra hakimiyyəti adından qiymətli hədiyyələr gənclərə təqdim olunmuşdur.