Şriftin ölçüsü :

Saytın rəngi :

“20 yanvar müstəqilliyə aparan yoldur” adlı inşa müsabiqəsi keçirilib

19 yanvar 2026 | 12:25

Əsəd Məmmədov adına şəhər 1 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “20 yanvar müstəqilliyə aparan yoldur” mövzusunda  inşa yazı müsabiqəsi keçirilib. Müsabiqədə 8-11-ci siniflərdən 24 nəfər  şagird iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra rayon icra hakimiyyəti başçısı aparatının Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov və məktəbin direktoru Amil Hüseynov şağirdlərə mövzu haqqında məlumat veriblər.

Qeyd olunub ki, Azərbaycan xalqı 20 yanvar gününü yalnız hüzün və matəm günü olaraq qeyd etmir. 20 yanvar gecəsi baş verən faciə, eyni zamanda millətimizin tarixinə azadlıq savaşı kimi daxil olub və həmin gün müstəqilliyə aparan yolun başlanğıcıdır.

Keçidlər