Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbhə bölgəsinin şagirdləri istirahətə yola düşmüşlər

27 avqust 2014 | 15:00

Avqustun 27-də Tərtər şəhərinin mərkəzi meydanında, rayonun təmas xəttinə yaxın yerləşən məktəblərinin 14-16 yaş arası 20 nəfər şagirdi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Ailə, Qadın və Uşaq Probilemləri üzrə Dövlət Komitəsinin birgə layihəsi əsasında 14 gün müddətinə , Bakı şəhəri, Şüvalan qəsəbəsində yerləşən uşaq əyləncə mərkəzinə yola salınmışlar.

Rayon icra hakimiyyətinin, təhsil işçilərinin, valdeyinlərin də iştirak etdiyi tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanında yerləşən abidəsi ziyarət edilmiş, önünə tər gül-çiçək dəstələri qoyulmuşdur. Sonra məktəblilər xüsusi ayrılmış avtobusla, bir nəfər nəzarətçi müəllimin rəhbərliyi ilə Bakı şəhərinə  yola düşmüşlər.
 

Keçidlər