Şriftin ölçüsü :

Saytın rəngi :

“Kik Boksinq” idman növü üzrə açıq Tərtər kuboku keçirilmişdir

27 avqust 2014 | 15:00

Avqustun 25-26-da rayonda  Azərbaycanın Milli Qəhrəmanı Orucov Vəzir Surxay oğlunun xatirəsinə həsr olunmuş “Kik Boksinq” idman növü üzrə açıq Tərtər kuboku keçirilmişdir.

Yarış iştirakçıları  öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Sonra Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun abidəsini ziyarət etmiş, önünə tər gül-çiçək dəstələri qoymuşlar.

Yarışda Tərtər, Gəncə, Bərdə, Goranboy, Ağcabədi, Samux, Kürdəmir, Xocalı, Kəlbəcər rayonlarında ümumilikdə 12 komanda, 190 idmançı qatılmışdır. İştirak edən idmançılardan 45 nəfəri birinci, 45 nəfəri ikinci, 60 nəfəri üçüncü yeri tutmuşdur. Komanda hesabında isə birinci yeri Tərtər, ikinci yeri Samux, üçüncü yeri Gəncənin “DİNAMO” komandası qazanmışdır.

Yarışın sonunda qalib komandalar və idmançılar Tərtər rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medallarla təltif edilmişdir.
 

Keçidlər