Şriftin ölçüsü :

Saytın rəngi :

Maarifləndirici tur-aksiyada iştirak edən rayon məktəblilər səyahətlərini uğurla başa vuraraq geri dönmüşlər

25 avqust 2014 | 15:00

İsmayıllı-Şəki-Qəbələ marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən tərtərli məktəblilər səyahətlərini başa vuraraq avqustun 25-də evlərinə qayıdıblar. “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində dörd gün müddətində davam edən tur-aksiyada rayonun müxtəlif məktəblərinin IX-XI siniflərində təhsil alan 40 şagird İsmayıllı, Şəki və Qəbələ rayonlarının qədim tarixi, mədəniyyət abidələrini, turizm mərkəzlərini və başqa gəzməli-görməli yerlərini ziyarət edib.

Şagirdlərin səfərdən xoş təəssüratlarla qayıtdığını bildirən qrup rəhbəri Rəşad Şahbazov möhtəşəm tur-aksiyanın təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Keçidlər