Rayon məktəbliləri İsmayıllı - Qəbələ-Şəki marşrutu üzrə tur-aksiyaya başladılar
Avqustun 22-də Tərtər şəhərinin mərkəzi meydanında rayonun məktəblilərindən ibarət qrupun İsmayıllı - Qəbələ-Şəki marşrutu üzrə “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyada iştirak etməsi üçün yola salınması mərasimi keçirilib.
Rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirak etdiyi tədbirdə çıxış edənlər dövlətimizin başçısının tapşırığına əsasən təşkil olunan aksiyanı gənc nəslin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını bildirib, məktəblilərə mənalı istirahət arzulayıblar.
Qrupun rəhbəri, Cəmilli kənd tam orta məktəbinin müəllimi Rəşad Şahbazov çıcış edərək vurğuladı ki, “Respublikamızın bütün bölgələrini əhatə edən maarifləndirici tur-aksiyaya bu gün cəbhə bölgəsində yerləşən Tərtər rayonunun məktəbliləri də qoşulur. Onların sevincini dillə ifadə etmək çətindir. Düşünürəm ki, tur-aksiya şagirdlərin yaddaşında həmişəlik qalacaq, onların Vətənini, dövlətini sevən bir vətəndaş kimi formalaşmasında mühüm rol oynayacaq.”
Tur-aksiyada iştirak edən şagird, müəllim və müşayiətçilər ulu öndər Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət etdikdən sonra İsmayıllı - Qəbələ-Şəki marşrutu üzrə yola düşüblər.