Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun təmas xəttinə yaxın yerləşən Borsunlu kəndində səyyar qəbul-görüş keçirilmişdir

19 avqust 2014 | 15:00

Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov təmas xəttinə yaxın yerlıəşən Borsunlu kəndində növbəti səyyar qəbul-görüş keçirmişdir. Qəbulda rayon icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, KİV nümayəndələri və kənd sakinləri iştirak etmişlər.

Tədbirdə iştirak edən kənd sakinlərindən Eltay Axundov, Şəmistan Hüseynov, Arzu Tağıyev, Kamil Piriyev, Cəmilə Ağalarova, Möhübbət İsmayılov, Rühani Verdiyev, İlham Paşayev, Xırda Axundova, İsrail Əliyev, Şəlalə Axundova, Şota Səfərov, Tərlan Səfərov və digərləri çıxış edərək kənddə aparılan abadlıq-quruculuq işlərindən, kəndə gələn 14 km uzunluğunda yolun təmir olunmasından, küçələrə 2 km uzunluğunda müasir gecə işıqlanma sistemlərinin quraşdırılmasından, kəndin telefonlaşdırılmasından, məktəb binasının əsaslı təmir və tikintisindən və digər görülən işləri qeyd etməklə yanaşı kəndin movcud problemlərindən də danışdılar. Qeyd etdilər ki, təmas xəttinə yaxın yerləşən Borsunlu kəndinin sakinlərinin əsas məşğuliyyəti  əkinçilik və heyvandarlıq olduğu üçün suya daha çox ehtiyacları vardır. Lakin kəndin suya daha çox ehtiyacı olduğu dövürdə ermənilər tərəfindən suyun kəsilməsi kənd sakinlərinin həyat şəraitini çətinləşdirir. Kənd sakinlərini narahat edən digər məsələr isə kənddə qazın olmaması və mövcud elektirik xətlərinin köhnəlmiş taxta dirəklərdən və yararsız naqillərdən ibarət olmasıdır. 

Səyyar görüşdə sakinlərin onları narahat edən məsələlərlə bağlı müraciətlərini diqqətlə dinləyən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qaldırılan məsələlərə aydınlıq gətirdi. Sakinlər tərəfindən qaldırılan  məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli RİH rəhbərliyi tərəfindən nəzarətə götürüldü.

Rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.
 

Keçidlər