Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun daha bir təmas xəttinə yaxın yerləşən kəndində səyyar qəbul-görüş keçirilmişdir

12 avqust 2014 | 15:00

Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov təmas xəttinə yaxın yerlıəşən Hüsənli kəndində növbəti səyyar qəbul-görüş keçirmişdir. Qəbulda rayon icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, KİV nümayəndələri və kənd sakinləri iştirak etmişlər.

Tədbirdə iştirak edən kənd sakinlərindən Sabir Zeynalov, Mirzə Mirzəyev, Nurəddin Mirzəyev, Ziyəddin Qəhrəmanov, Zəminə Hüseynova, Əliyar Cəfərov, Roza Kərimova, Ədalət Qələndərov, Teymur Quluyev, Mircəlal Mirzəyev, Babək Hüseynov, Əlyar Məmmədov, Famil Musayev, Suliddin Məmmədov, Bilal Bayramov, Kamil Əmirov, Famil Məmmədov və digərləri çıxış edərək kənddə aparılan abadlıq-quruculuq işlərindən və kəndin mövcud problemlərindən danışmışlar. Qeyd etmişlər ki, təmas xəttinə yaxın yerləşən Hüsənli kəndinin yollarının təmir edilməsi, yeni subartezian quyularının qazılması, küçələrə müasir gecə işıqlanma sistemlərinin quraşdırılması dövlətimiz tərəfindən kənd sakinlərinə göstərilən qayğının bariz nümunəsidir. Problemlərdən danışan kənd sakinləri əsasən köhnəlmiş elektirik naqillərinin və dirəklərinin yenisi ilə əvəz olunması, həyətyanı torpaq sahəsinin ayrılmasına köməklik edilməsi, pay torpaqlarına gedən yolların düzgün ölçülməməsi və digər məsələlərlə bağlı təkliflər irəli sürmüşlər.

Səyyar görüşdə sakinlərin onları narahat edən məsələlərlə bağlı müraciətlərini diqqətlə dinləyən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qaldırılan məsələlərə aydınlıq gətirdi. Sakinlər tərəfindən qaldırılan  məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli RİH rəhbərliyi tərəfindən nəzarətə götürüldü.

Rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.
 

Keçidlər